Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Xalq artistləri Firəngiz Mütəllimova, Həmidə Ömərova və başqa çıxış edənlər Məryəm Əlizadənin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən söz açıblar.
Tədbir çərçivəsində Məryəm Əlizadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov ittifaqın fəxri fərmanını, sənətşünaslıq doktoru, professor, TÜRKSOY nəzdində Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov isə TÜRKSOY-un medalını yubilyara təqdim ediblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Bağırova Məryəm Əlizadənin portreti əks olunmuş xalçanı ona hədiyyə edib.
Tədbir bədii hissə ilə başa çatıb.