Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Sözün gücü" layihəsinin icrasına başlanılıb.
Filarmoniyanın Urban Mərkəzində layihə çərçivəsində ilk tədbir Xalq şairi Səməd Vurğuna həsr olunub.
"Vurğunun qiraət gecəsi" adlı tədbirdə Gəncə şəhər 1 və 4 nömrəli məktəblərinin şagirdləri, qiraətçilər İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin "Dünya", "Şair, nə tez qocaldın sən", "Gözlər", "Lalə", "Aygün" poemasından Əmirxanın monoloqu, "Vurğun dünyası", "Vaqif" dramından Qacarla Vaqifin dialoqu, "Azərbaycan" şeirlərini səsləndiriblər.
Layihə çərçivəsində Azərbaycanın görkəmli yazıçı və şairləri yad ediləcək.