Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə rayon məktəbliləri üçün “Əsl məhəbbət” filmi nümayiş etdirilib.

Əvvəlcə şagirdlərə film haqqında məlumat verib. Bildirilib ki, 1975-ci ildə lentə alınan “Əsl məhəbbət” bədii-sənədli filmi Ümummilli lider Heydər Əliyev və həyat yoldaşı Zərifə Əliyevanın bir-birinə olan dərin sevgisini, ailə münasibətlərini və insani dəyərlərini əks etdirir.

Film arxiv materialları, sənədli kadrlar və müxtəlif xatirələr əsasında qurulub. “Əsl məhəbbət” filmi, sadəcə, bioqrafik deyil, həm də emosional və mənəvi dəyərə malik sənət nümunəsidir.

Ekran işi məktəblilər tərəfindən maraqla qarşılanıb.