Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası 4 nömrəli kitabxana filialı ilə birgə növbəti səyyar mütaliə saatı təşkil edib.

Açıq havada təşkil olunan aksiyada sakinlərə müxtəlif ədəbiyyat nümunələri ilə tanış olmaq imkanı yaradılıb.

Kitabxana əməkdaşları oxuculara mütaliənin insan həyatındakı rolundan bəhs ediblər. Vurğulanıb ki, övladlarımızın sağlam ruhda, hərtərəfli şəxsiyyət kimi formalaşmasında da mütaliə vacibdir.

"Kitabı sevək və sevdirək!" adlı mütaliə saatları mütəmadi təşkil edilir.

***

Paytaxtın Yasamal rayonu MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Göyçə aşıq məktəbinin dahisi: Aşıq Alı – 225” adlı videoçarx hazırlayıb.

Kitabxanadan bildirilib ki, videoçarx Prezident İlham Əliyevin aşıq sənəti haqqında fikirləri ilə başlayır.

Videoçarxda 200-dən çox ustadı olan Göyçə aşıq məktəbinin XIX əsrdə öz zirvəsinə çatdığı diqqətə çatdırılır. Aşıq Alının həyat və yaradıcılıq yolundan bəhs olunur.

Videoçarxa bu linkdə baxmaq olar.