İyulun 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Musiqili Bakı" festivalı çərçivəsində "Azad" uşaq rəqs ansamblının konserti olub.

Xətai rayonundakı Heydər Əliyev parkında sakinlərin asudə vaxtını səmərəli təşkili məqsədilə keçirilən konsert maraqla qarşılanıb.

"Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı sənət hesabatında Azərbaycan rəqsləri ilə yanaşı, bir sıra ölkələrin rəqslərini də ifa edib.

Uşaqların ifasında rəngarəng rəqs nömrələri konserti izləyən əcnəbi qonaqların da gur alqışlarına səbəb olub.

Ansamblın bədii rəhbəri Rəhim Babayevdir.