Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının üçüncü günü, iyulun 6-da tamaşaçılara Çin Xalq Respublikasının Şimal-Qərb Pedaqoji Universitetinin yetirmələrinin konserti təqdim olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdən əvvəl diqqətə çatdırılıb ki, indiyədək təşkil olunmuş “İpək Yolu” festivallarında Çindən gələn musiqiçilər də iştirak ediblər. Builki festivalda Qansu Əyalət Ədəbiyyat Federasiyasını 12 nəfər təmsil edir. Kollektivin tərkibinə Şimal-Qərb Pedaqoji Universitetinin musiqi məktəbinin sənətçiləri - dosentlər Ma Yuhui və Liu Hui, gənc müəllimlər Kan Penq, Tian Çao, Alamus, Vang Jianfeng, Song Yujia, Yang Huiqiao, Quo Jingyi daxildir.
Sonra qonaq kollektiv ecazkar musiqi nömrələrini təqdim edib.
Sonda təşkilatçılar adından kollektivə festivalın rəmzi simvolu təqdim olunub.