Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ələvi-Bəktaşi Mədəniyyət və Cəm Evi İdarəsi, Baş İncəsənət İdarəsi və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə iyunun 24-də Bakıda Şah İsmayıl Xətai – “Özün əyri isə yola zərərsən” adlı konsert proqramı təşkil olunub.
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən konsert proqramında Şah İsmayıl Xətainin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Qeyd edək ki, Şah İsmayıl Xətainin şeirlərinə bir çox bəstəkarlar tərəfindən musiqi bəstələnib. Onun şeirləri xalq mahnılarından müasir klassik musiqiyə qədər geniş bir janr spektrində ifa olunur.