Tarixdəki olaylar
19 iyun 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) da ağır yaralanıb.
19 iyun 1961 – Küveyt müstəqillik əldə edib. XVI əsrdən Osmanlı imperiyası tərkibində olan Küveyt 1899-cu ildə Britaniyanın protektoratlığına keçmişdi.
19 iyun 1992 – Azərbaycanla Avstraliya arasında diplomatik münasibətlər qurulub.
19 iyun 1997 – Prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Azərbaycanın Orta Asiyadakı ilk səfirliyi Daşkənddə açılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
19 iyun 1900 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tiflisdə doğulub. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
19 iyun 1924 – Belarus yazıçısı Vasil Bıkov (1924 – 22.6.2003) anadan olub. Əsərləri: “Ölülər ağrı hiss etmir”, “Sübhədək yaşamalı” və s. Əsərləri əsasında filmlər çəkilib.
19 iyun 1933 – Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933–1986) anadan olub.
19 iyun 1968 – Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Vidadi oğlu Əliyev (1968 – 22.3.2023) İrəvan şəhərində anadan olub.
19 iyun 1978 – Əməkdar artist İbrahim Məcnun oğlu Qaradağlı (1907–1978) vəfat edib. Ağdaş teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.
Hazırladı: Vüqar Orxan