Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd ediblər. Bildiriblər ki, bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Mədəniyyət sarayında fəaliyyət göstərən qiraət dərnəyinin üzvləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.