M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Akustik Palitra” musiqi məktəbinin hesabat konserti (13 iyun) keçirilib.

Əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova və musiqişünas Sara Timurova tədbir haqqında dinləyicilərə məlumat veriblər.

Daha sonra məktəbin yetirmələri – Adnan Kərimli (zərb alətləri), Leyla Vəlizadə (piano), Suel Kərimli (piano), Miray Cəfərova (piano), Səid Muradov (piano), Hüseyn Ağaməmmədov (piano), Cahan Rüstəmli (zənglər), Ayaz Bəndəliyev (zənglər) , Ceyla Salmanlı (zənglər), Teymur Acırqayev (piano), Dəmir Mahmudov (piano, zənglər), Cavad Hüseynli (piano, vokal), Nilay Cəfərova (piano), Ayan Vəlizadə (piano) və Fuad Acalov (piano) çıxış ediblər.

Proqramda Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.