Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Salyan rayon Mərkəzi Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyinə həsr olunan “Eşqi gözəllik olan görkəmli şair” adlı ədəbi-bədii gecə keçirilib.

Salyan rayon MKS və Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə yazarlar, poeziya həvəskarları, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.

Çıxışlarda Bəxtiyar Vahabzadənin zəngin poetik söz dünyasının milli çalarlarından danışılıb, ədibin istər sovet dövründə, istərsə də müstəqillik illərində zəngin yaradıcılığından bəhs edilib. Şairin dərin fəlsəfi şeirləri və milli dəyərlərə olan bağlılığı ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə bədii qiraətçilər və solistlər Bəxtiyar Vahabzadənin şeirlərini səsləndirib, sözlərinə bəstələnən mahnılar ifa ediblər.

Nurəddin