Uzun illər Şəkinin mədəni həyatında mühüm xidmətləri olmuş tanınmış ziyalı, Əməkdar mədəniyyət işçisi Vaqif Kərimov 7 iyun 2025-ci ildə, ömrünün 85-ci ilində vəfat edib.

Vaqif Əhməd oğlu Kərimov 8 dekabr 1940-cı ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni-maarif fakültəsini bitirdikdən sonra Şəkidə mədəniyyət müəssisələrində müxtəlif vəzifələrdə çalışıb.

Şəhər Mədəniyyət şöbəsinin nəzdində Xalq teatrının rejissoru (1965), Məhəmməd Füzuli adına Nuxa/Şəki şəhər Mədəniyyət və istirahət parkının direktoru (1966–1970), Şəki rayon Mədəniyyət Evinin bədii rəhbəri (1971–1975), Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluş hissə müdiri (1975–1978), Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Evinin/Mərkəzinin direktoru (1978–2013) işləyib. 

2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Vaqif Kərimov Azərbaycanın mədəniyyət tarixinə dair onlarla məqalənin müəllifidir. Fitri hafizəsinə görə Şəkidə “mədəniyyətin canlı ensiklopediyası" kimi tanınırdı.

Allah rəhmət eləsin.