Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş musiqili tədbir keçirilib.

Ağdam Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə qəsəbənin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyəti dövründə görülən işlərdən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar.

Sonra Qaradağlı kənd Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsert maraqlı konsert olub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.