Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbinin hesabat konserti keçirilib.
Konsert proqramı mayın 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təqdim edilib.
Musiqi məktəbinin istedadlı şagirdləri E.Sabitoğlunun “Xoşbəxt olsun uşaqlar”, T.Quliyevin “Qaytağı”, S.Ələsgərovun “Vətənimdir”, F.Əmirovun “Sevil”, P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operalarından parçalar, eləcə də digər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Bütün ifalar maraqla və gur alqışlarla qarşılanıb.