İyunun 3-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Biz dünyayıq” adlı konsert keçiriləcək.

Filarmoniyadan verilən məlumata görə, konsert proqramı 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunub.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Musiqili uşaq teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Şəms” uşaq xoru, vokal sinfi, “Simurq” musiqi festivalının iştirakçıları çıxış edəcəklər.