Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konserti keçirilib.

Muzeydən verilən məlumata görə, “Xoşbəxt olsun uşaqlar” adlı konsertdə məktəbin şagirdlərinin, rəqs və xor kollektivinin ifalarında rəngarəng musiqi proqramı təqdim olunub.

Muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov və Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbinin direktoru Anar Əlizadə şagirdlərə yeni uğurlar arzulayıblar.

Konsertdən sonra məktəbin kollektivi muzeyin ekspozisiyası ilə tanış olub.