Mayın 30-da Xalq şairi Səməd Vurğunun Bakıdakı ev-muzeyində rus ədəbiyyatında “60-cılar” (XX əsr) nəslinin parlaq nümayəndələrindən biri, məşhur şair, yazıçı, tərcüməçi Bella Axmadulinanın (1937–2010) həyat və yaradıcılığına həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.
“Həmin o may ayı…” adlı tədbir “Ürəyin 4 üzü” klubunun rəhbəri Vəfa Qavrilova tərəfindən təşkil edilib.
Ədəbi-musiqili gecədə “Ürəyin 4 üzü” klubunun üzvləri, gənc şairlər, qiraətçilər, yaradıcı insanlar iştirak ediblər.
Bella Axmadulinanın həyat və yaradıcılığından söz açılıb, onun yaradıcılığının müasir rus və dünya ədəbiyyatındakı yerindən bəhs edilib.
Musiqi müşayiəti ilə (fortepianoda ifa: Dmirti Andantov) gənclər Bella Axmadulinanın məşhur şeirlərini qiraət ediblər.