Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxananasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü (10 may) ilə əlaqədar virtual kitab sərgisi tərtib edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Ulu öndərin fəaliyyəti ilə bağlı, həmçinin dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda 80-dən çox kitabın tam mətni də sərgidə təqdim olunur.

Kitabxanada təşkil edilən “Ulu Öndər Heydər Əliyev” adlı ənənəvi kitab sərgisində isə dahi rəhbərin ömür yolunu, zəngin, çoxşaxəli fəaliyyətini əks etdirən, kitabxananın fondunda saxlanılan və əsasən son illərdə nəşr edilən nəşrlər yer alıb.

Kitabxanada 9 May - faşizm üzərində Qələbə Gününə həsr olunan ənənəvi kitab sərgisi və xülasə (daycest) də hazırlanıb.