Tarixdəki olaylar
4 may 1994 – Prezident Heydər Əliyev Brüsselə (Belçika) səfəri gedişində NATO-nun mənzil-qərargahında olub, Azərbaycanın alyansın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasına dair çərçivə sənədini imzalayıb. Keçmiş sovet və sosialist ölkələri üçün nəzərdə tutulan proqram NATO tərəfindən 1994-cü ilin yanvarında elan edilmişdi. Azərbaycan NATO-nun bu proqramına qoşulan 15-ci dövlət oldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 may 1898 – Misirin dünyaca məşhur müğənnisi və kino aktrisası Ümmü Gülsüm (əsl adı: Fatma bint İbrahim es-Seyyid el-Biltaci; 1904 – 3.2.1975) anadan olub.
4 may 1920 – Aşıq, şair Molla Cümə (1854–1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
4 may 1929 – İngilis aktrisası Odri Hepbern (Audrey Hepburn – Odri Ketlin Raston; 1929–1993) anadan olub. "Roma tətilləri" filmindəki roluna (şahzadə Anna) görə “Oskar” mükafatına (1953) layiq görülüb.
4 may 1931 – Əməkdar incəsənət xadimi, rəssam Ağarəhim Cəbrayıl oğlu Əliyev (1931 – 24.11.2009) anadan olub. Sənədli və bədii filmlərin quruluşçu rəssamı olub, teatr tamaşalarına səhnə tərtibatı verib.
Hazırladı: Vüqar Orxan