
Ankarada Hadi Poyrazoğlu IV Beynəlxalq Kukla və Karagöz Teatrları Festivalı aprelin 21-də işə başlayıb.
Türkiyənin tanınmış teatr xadimi, kukla və kölgə oyunu (Karagöz teatrı) sənətçisi Hadi Poyrazoğlunun (1901-2000) xatirəsinə təsis edilən festivalda bu il, yerli teatrlarla yanaşı, Azərbaycan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin teatr kollektivləri iştirak edir.
Azərbaycan Dövlət Kukla Teatrının “Cırtdanın Türkiyədə macəraları” tamaşası aprelin 25-də Ankaradakı “CerModern” mərkəzində nümayiş olunacaq.
Festivalın proqramına əsasən, tamaşalar Ankaradan (21–25 aprel) sonra Bakıda (Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində; 28–30 aprel) və Özbəkistanda (2–5 may) təqdim ediləcək. Son mərhələ 9–12 may tarixlərində Şimali Kiprdə olacaq.