Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzinə “Çiçək” uşaq bağçasının balaca fidanlarının və Ümid qəsəbəsi sakinlərinin ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı Ulu öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən ekspozisiya haqqında ətraflı məlumat verilib.
Sonda uşaqlar üçün cizgi filmi nümayiş olunub.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik" adlı yeni layihəyə başlayıb.
Layihə çərçivəsində ilk olaraq “Ümid yeri” uşaq evində görüş təşkil edilib.
Kitabxana əməkdaşı uşaqlara şair, yazıçı Gülzar İbrahimovanın nağıllarından seçilmiş parçalar oxuyub.