İyulun 7-də Lənkəran Astara RMİ Astara rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində "Uşaqların asudə vaxtının səmərəli təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə rəssamlıq dərnəyinin şagirdləri iştirak ediblər.
Mərkəzin bələdçisi və dərnəyin rəhbəri Cəmalə Məmmədova bildirib ki, rəsm çəkmək uşaqların boş vaxtlarını səmərəli dəyərləndirmək üçün gözəl məşğuliyyətdir. Rəsm çəkmək onların bədii zövqünü, təxəyyülünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir və bu məşğuliyyət zamanla istedada çevrilə bilir.
Sonra şagirdlər rəsm sahəsində bacarıqlarını nümayiş etdiriblər.
***
Lerik rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin (1835–1888) 190 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.
Oxuculara xidmət şöbəsinin müdiri Eyzəngül İsayeva ədibin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən bəhs edib.
***
Cəlilabad rayon Mərkəzi Kitabxanasında seminar-müşavirə keçirilib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Qənimət İsrafilova, metodika və biblioqrafiya şöbəsinin müdiri Nadir Şəmili və metodist Müşahidə Nərimanova çıxış ediblər.
Kitabxana filiallarının fəaliyyəti və ötən ay ərzində keçirilmiş tədbirlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib.
Sonda Şatırlı kənd kitabxana filialının müdiri Narxanım Əhmədovaya 65 illik yubileyi münasibətilə MİHİ Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov və MKS-nin direktoru Qənimət İsrafilova tərəfindən fəxri fərman və hədiyyə təqdim edilib.
Hazırladı: N.Məmmədli