Respublika Uşaq Kitabxanası uşaqlarda mütaliəyə maraq oyatmaq və onları müasir uşaq ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə iyulun 4-də maarifləndirici ekskursiya təşkil edib.
Kitabxananın əməkdaşı ekskursiya zamanı uşaqlara kitabxanadan istifadə qaydaları barədə ətraflı məlumat verib. Uşaqlar fonda yeni daxil olan ədəbiyyat nümunələri ilə tanış olublar. Müxtəlif janrlarda kitablar onlarda böyük maraq doğurub.
Ekskursiya çərçivəsində yeni uşaq ədəbiyyatı nümunələrinin icmalı da keçirilib. Kitabların müəllifləri, mövzuları və əsas ideyaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.