Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi həyata keçirdiyi “Heydər Əliyev və muzeylərimiz” adlı layihəsini uğurla davam etdirir.

Layihənin Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda yaradılmış ev-muzeyləri haqqında daha ətraflı məlumatlar toplamaq, onları geniş ziyarətçi auditoriyasına tanıtmaq və təbliğ etməkdir.

Layihənin növbəti mərhələsində Niyazinin Ev-Muzeyi ziyarət olunub. Muzey Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə yaradılıb.

Maestro Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyəti ilə bütün dünyada Azərbaycan musiqisinə şöhrət qazandırıb. Onun irsinin yaşadılması isə dövlətimizin və xalqımızın mənəvi borcudur. Bu xüsusda Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

Layihə ilə bağlı ətraflı məlumat linklərdə:

https://youtu.be/g_42zbJxO94?si=ODDQXAxLCo_q-qOY

https://www.instagram.com/reel/DLrKexZo2oB/?igsh=ZTdkOHlrNHJ1MDY4

https://www.facebook.com/share/v/1YVSuXrZFM/?mibextid=wwXIfr