Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Musiqili Bakı" festivalı çərçivəsində "İnci" rəqs ansamblının hesabat konserti (29 iyun) keçirilib.

Xətai rayon Heydər Əliyev parkında gerçəkləşən konsertə şəhid ailələri, ictimaiyyət nümayəndələri dəvət olunublar.

Sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən tədbirdə bir-birindən maraqlı ifalar alqışlarla qarşılanıb. 

Qeyd edək ki, "İnci" rəqs ansamblı Mirzəağa Əliyev adına Mədəniyyət evinin (Suraxanı rayonu, Hövsan qəsəbəsi) nəzdində fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri Cavid Məmmədovdur.