İyunun 18-də Masallı rayon MKS-nin şəhər multimedia kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (7.2.1988 – 18.6.2010) anım günü ilə əlaqədar “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tədbirdə kitabxana əməkdaşları və gənc oxucular iştirak ediblər.

Kitabxananın müdiri Əsmər Əliyeva giriş sözündə Mübariz İbrahimovun igidliyi, vətənə olan sonsuz sevgisi və fədakarlığı haqqında danışıb, Milli Qəhrəmanın həyat yolunun bütün vətənsevər gənclər üçün nümunə olduğunu deyib.

Kitabxanaçı Fəridə Fətullayeva Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolu barədə məruzə edib, Mübariz kimi mərd oğulların daim xalqın yaddaşında və tarixdə qalacağını vurğulayıb.

Tədbirin sonunda kitabxanada “Əsgərə məktub” guşəsinə baxış keçirilib, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Nurəddin