Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bölgələrdə film nümayişlərini davam etdirir. 

“Kino Günləri” layihəsinin növbəti ünvanı Biləsuvar rayonudur.

19-21 iyun tarixlərində Biləsuvardakı Heydər Əliyev Mərkəzində, rayon Mərkəzi Kitabxanasında, Təzəkənd kənd Sənətkarlıq klubunda və Nərimankənd kənd Folklor klubunda film nümayişləri olacaq.

Nümayiş proqramına Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor” tammetrajlı bədii filmləri, Elmar Bayramovun “Nəfəs”, Ruslan Ağazadənin “Balaca” Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri, habelə Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” qısametrajlı sənədli filmləri daxildir.