Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Xalq yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın iyul ayında premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, rejissoru Rəvan Hüseynzadədir. Səhnə əsərində ritmika Ramazan Xanlarova, musiqilərin ifası "Dərviş" qrupuna məxsusdur.

Tamaşanın əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç etməsindən bəhs edilir.

Yeni tamaşada obrazları Əməkdar artist İsaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev ifa edirlər.