Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş "İnsan hüquqları aylığı" çərçivəsində Bülbülün Memorial Muzeyində "İnsan hüquqlarının qorunmasında cəmiyyətin rolu" mövzusunda görüş keçirilib.

Muzeyin elmi işçisi Aytac Əhmədli "Müasir dövrdə insan hüquqlarının aktual problemləri" adlı məruzə ilə çıxış edərək bu mövzuda mühüm problemlərə toxunub.

Görüşdə iştirak edən Azərbaycan Universitetinin tələbələri də mövzu ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür. Bu günün tarixi 1998-ci il iyunun 18-də ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın  qəbul olunması ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı (2007) ilə həmin tarix “İnsan hüquqları günü” kimi təsis olunub.