Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə o günlərin xronikasını, xalqın Heydər Əliyevin ətrafında birləşməsini əks etdirən kitablar və dövrü mətbuat nümunələri toplanıb.
Kitabxananın rəsmi saytında təqdim olunan virtual sərgidə “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”, “Heydər Əliyev – dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Böyük yolun həqiqəti” – ümumilikdə 10-dan çox kitabın tam mətni təqdim edilir.
“15 iyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisində Milli Qurtuluş Gününün tarixini, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən nəşrlər yer alıb.
***
Milli Kitabxanada "15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, siyasi irsi, xilaskarlıq missiyası, dövlətçilik strategiyası haqqında dövri mətbuat nümunələri, kitablar, fotolar nümayiş olunur.
Ənənəvi kitab sərgisində Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyətin irsi, Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında ədəbiyyatlar yer alıb.
***
Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən virtual oxucular üçün “15 İyun – Milli Qurtuluş Günü” adlı təqdimat hazırlanıb.
Slaydda bu tarixi günün tarixi əhəmiyyətindən, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəni böhrandan xilas etməsi və Azərbaycan naminə gördüyü işlərdən bəhs edilir, həmçinin mövzu üzrə 20 adda kitab və dövri mətbuat materiallarının biblioqrafik təsvirləri verilir.
Videoslayda kitabxananın saytında müvafiq linkdə baxmaq olar.