Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyaya sədaqət, kitaba hörmət” adlı kitab bayramı keçirilib.

Mayın 19-da Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə müxtəlif mövzularda kitab sərgiləri ilə tanışlıq olub.

Rayonun icra başçısının müavini Vəfa Heydərova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova, rayon MKS-nin direktoru Güllü Əhmədova və başqaları çıxış ediblər.

Çıxışlarda kitab və mütaliə mədəniyyətinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini vurğulanıb. Bildirilib ki, kitablar kainatın sirlərini özündə əks etdirən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarı olan sirli bir xəzinədir.

Kitab bayramı rayon Mədəniyyət Mərkəzinin və Uşaq incəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.