Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşası rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri və onların övladları üçün nümayiş olunub.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Şəlalə Nəsirova, Günay Çobanzadə, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Aygün Cəfərova ifa ediblər.

Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edən, şən musiqi, rəqslər və gülməli hadisələrlə bol səhnə əsəri tamaşaçılarda xoş əhvali-ruhiyyə yaradıb.