18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdlərinin iştirakı ilə "Caz saatı" adlı tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq bütün muzey işçilərini bayram münasibətilə təbrik edib.

Bədii proqramda Qara Qarayevin "Eskiz", Rauf Hacıyevin "Çiçək kimi", Vaqif Mustafazadənin "Düşüncə", Əzizə Mustafazadənin "Last day of Chopen", E.Vilkinsin "Blüz", Milan Dvorjakın "Caz etüd" və digər əsərlər səsləndirilib.

“Aysel” rəqs qrupunun çıxışı da böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarına fəxri fərmanlar təqdim olunub.