Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Muzeydən bildirilib ki, tədbirin xüsusi qonağı “Doğma mahnılar” kitabının müəllifi və layihə rəhbəri Aysel Zahidqızı olub. O, Bakı şəhəri 1 nömrəli internat məktəbinin şagirdləri ilə görüşüb, onlara nağıllar oxuyub və uşaqlar üçün maraqlı interaktiv oyunlar təşkil edib.

Oyunlarda fəallığı ilə seçilən uşaqlara “Doğma mahnılar” kitabı hədiyyə olunub.

Bakı şəhəri 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdlərinin ifasında əyləncəli uşaq mahnıları tədbirə rəng qatıb.

Uşaqların bayram sevincini bölüşənlərdən biri də “Qanun” nəşriyyatı olub. Tədbirdə iştirak edən uşaqlara nəşriyyat tərəfindən kitablar hədiyyə edilib.