Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub. O, son təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.

Bu barədə Azərbaycan Dövlət Kukla Teatrının Strategiya və kommunikasiya şöbəsi məlumat yayıb.

Elnur Mais oğlu Abbasquliyev 1979-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Dram teatrı və kino aktyoru” ixtisası üzrə bitirib.

1996–2000-ci illərdə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomima teatr-studiyasında, 2000–2009-cu illərdə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi fəaliyyət göstərib.

2009-cu ildən Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışır. 2021-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Elnur Abbasquliyev yaradıcılıq fəaliyyəti dövründə Rusiya, Türkiyə, Gürcüstan, İran, Niderland və Ukraynada keçirilən beynəlxalq festival və sənət tədbirlərdə Azərbaycan teatr sənətini uğurla təmsil edib. Teatr fəaliyyəti ilə yanaşı televiziya tamaşalarında və filmlərdə də maraqlı obrazlar yaradıb.