Tarixdəki olaylar
21 aprel 1408 – Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Əmir Teymurun (1405-ci ildə vəfat etmişdi) oğlu Miranşahın qoşunlarını məğlub edib. Miranşah öldürülüb, Azərbaycan torpaqlarında Teymurilərin hökmranlığına son qoyulub.
21 aprel 1898 – İspaniya ilə ABŞ arasında müstəmləkələrin bölüşdürülməsi ilə bağlı müharibə başlayıb. Üç ay sürən müharibədə Kuba, Puerto-Riko və Filippin ABŞ-nin nəzarətinə keçdi.
21 aprel 1978 – Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
21 aprel 1816 – İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816 – 31.3.1855) anadan olub. “Ceyn Eyr”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
21 aprel 1913 – Türkiyənin teatr və kino aktyoru, rejissor, ssenarist Mustafa Sami Ayanoğlu (1913 – 7.11.1971) anadan olub.
21 aprel 1931 – Azərbaycanın Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 – 12.9.2014) Bakıda doğulub. Yazıçı-dramaturq Sabit Rəhmanın qardaşı qızıdır. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən “Moskonsert”in solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.
21 aprel 1938 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (13.1.1897 – 1938) repressiya edilərək güllələnib. Azərbaycan SSR xalq maarifi komissarı olub.
21 aprel 1951 – Əməkdar artist, opera müğənnisi Cəlil bəy Əmrah oğlu Bağdadbəyov (1887–1951) vəfat edib.
21 aprel 2000 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (7.11.1925 – 2000) vəfat edib. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib.
21 aprel 2006 – Əməkdar incəsənət xadimi, heykəltaraş Həyat Həmdulla qızı Abdullayeva (14.10.1912 – 21.4.2006) vəfat edib. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan























