Tarixdəki olaylar

 

27 fevral 1917 – Rusiyada Fevral (burjua) inqilabı başlanıb. Petroqradda (Sankt-Peterburq) silahlı toqquşmalar nəticəsində hakimiyyət iflic olub. Martın 2-də Çar II Nikolay taxt-tacdan imtina etməyə məcbur oldu. Üç əsr sürən Romanovlar sülaləsinin mütləqiyyəti sona çatdı. Müvəqqəti Hökumət quruldu.

 

27 fevral 1988 –  Sumqayıtda erməni ekstremistlərin və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat törədilib. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. “Sumqayıt olayları” SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və azərbaycanlıları ermənilərə düşmən kimi dünyaya tanıtmaq, Qarabağda başlanan separatçılığa haqq qazandırmaq məqsədi daşıyırdı. Bandit dəstəyə başçılıq edən Eduard Qriqoryana məhkəmə 12 il iş verdi, amma o, SSRİ dağılandan sonra azadlığa çıxdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

27 fevral 1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

 

27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck; 1902 – 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.

 

27 fevral 1912 – İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell; 1912 – 7.11.1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.

 

27 fevral 1932 – Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 – 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

 

27 fevral 1967 – Türk xalq musiqisi sənətçisi, müğənni və bəstəkar Volkan Konak (1967 – 31.3.2025) anadan olub.

 

27 fevral 1984 – Aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (13.1.1936 – 1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Rus Dram Teatrında çalışıb.

 

 Hazırladı: Vüqar Orxan