Martın 3-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Əməkdar incəsənət xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda A.P.Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək.

Tamaşanın quruluş müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr rejissorluğu fakültəsinin tələbəsi, yazıçı Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində ADMİU-nun tələbələri Hüseyn Quluzadə (Qriqori Smirnov), Türkel Ələsgər (Yelena Popova), Nərmin Ağayeva (Anfisa) iştirak edirlər.

Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtararkən hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.