Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov Xocalı soyqırımının dəhşətlərindən danışıb.
Qeyd edib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır və 34 il ötməsinə baxmayaraq, xalqımız bu faciənin ağrısını ilk günkü kimi yaşayır.
Daha sonra “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının (https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) təqdimatı olub.
Tədbir iştirakçıları “Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi ilə də tanış olublar.






















