Ağdaşda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tamaşa nümayiş etdirilib.

“Xocalıya günəş doğur” adlı tamaşa Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə nümayiş olunub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Faciənin ağrı-acısını, xalqımızın yaddaşına həkk olunan gecənin həqiqətlərini əks etdirən videoçarx təqdim olunub.

Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biridir. Lakin bu gün artıq Xocalıya günəş doğur, çünki haqq-ədalət zəfər çalıb, xalqımız öz torpaqlarında qürurla yaşayır.

Sonda Ağdaş Xalq teatrının hazırladığı tamaşa nümayiş olunub.