Milli Kitabxana dekabrın 24-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü münasibətilə virtual və ənənəvi kitab sərgisini istifadəçilərə təqdim edib.
Bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, virtual sərgidə Zəfər diplomatiyasının müəllifi, 200 illik münaqişəyə son qoyan qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, regionda sülh və normallaşma strategiyası, Vaşinqton sammiti, yüksək diplomatik məharəti, cəmiyyət həyatının bütün sahələrində qazanılmış mühüm nailiyyətlər, 44 günlük qəhrəmanlıq savaşımız haqqında dövri mətbuatda dərc olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunub.
Virtual sərgidə resurslar tam mətni ilə təqdim edilib.
Sərgi ilə tanış olmaq istəyənlər kitabxananın saytında müvafiq linkdən istifadə edə bilərlər.





















