Tarixdəki olaylar

 

24 sentyabr 1905 – Norveç İsveç Krallığından ayrılaraq müstəqil dövlət olub. İsveç-Norveç uniyası (ittifaqı) 1751-ci ildə bağlanmışdı. Həmin ittifaqadək Danimarka Krallığının nəzarəti altında  olan Norveç İsveçlə uniya bağladıqdan sonra nisbi özünüidarə hüququ qazanmışdı. Müstəqilliyini elan edəni Norveçin ilk kralı isə danimarkalı VII Haakon oldu. Danimarka Norveçin ərazisi sayılan Qrenlandiyanı da nəzarətində saxladı.

 

24 sentyabr 1993 – Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

24 sentyabr 1896 – Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald; 1896 – 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.

 

24 sentyabr 1914 – Böyük türk maarifçisi (Krım tatarı), mütəfəkkir, naşir, pedaqoq İsmayıl Qaspıralı (Qasprinski; 8.3.1851 – 1914) vəfat edib.

 

24 sentyabr 1977 – Şair, tərcüməçi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  20.10.1913 – 1977) vəfat edib.

 

24 sentyabr  1996 – Məşhur türk müğənnisi, bəstəkar Zeki Müren (6.12.1931 – 1996) vəfat edib.

 Hazırladı: Vüqar Orxan