Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni “Akademik sənət” adlı layihəsini təqdim edir.
“Akademik sənət” Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının efirində tamaşaçılarla görüşəcək.
Layihə çərçivəsində Azərbaycan və dünya opera və balet sənətlərinin klassik və müasir nümunələri, məşhur tamaşalar haqqında sənədli filmlər nümayiş olunacaq. Opera və balet tamaşalarının hazırlanması, səhnəarxası və s. maraqlı məqamlardan söhbət açılacaq.
“Akademik sənət” layihəsini “Mədəniyyət” TV-də Əməkdar artist, vokal ustası Ramil Qasımov təqdim edəcək.