Ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu il dahi Azərbaycan bəstəkarın anadan olmasının 140 illiyinə təsadüf edir.  

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri bir araya gətirəcək. 

Festivalda Azərbaycan Dövlət Uşaq Filarmoniyası da çıxış edəcək.

Filarmoniyadan bildirilib ki, sentyabrın 26-na nəzərdə tutulan konsertdə xalq çalğı alətləri ansamblı, nəfəsli alətlər ansamblı, oğlanlardan və qızlardan ibarət rəqs kollektivləri, vokal və xor sinifləri, fortepiano və skripka ifaçıları iştirak edəcəklər. Proqramda dahi bəstəkarın əsərlərinə xüsusi yer veriləcək.