Salyan Dövlət Rəsm Qalereyasında (Şirvan-Salyan RMİ) "Özünü kəşf et" adlı layihəyə start verilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində gerçəkləşən layihənin ilk günündə ustad dərsi təşkil edilib.
"Nuray" art-studiyasının rəhbəri, rəssam-keramikaçı Aynur Art tərəfindən keçilən ustad dərsində müxtəlif yaş qruplarından olan şəxslər iştirak ediblər. İştirakçılar ebru sənəti, keramika, bəzəkli fiqur üzərində boyama işləri ilə məşğul olublar.
Yaradıcı uşaqlar arasında isə ustad dərsi ilə bərabər maraqlı zəka oyunları keçirilib.
Sonda iştirakçılara hədiyyə və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, "Özünü kəşf et" layihəsi fərqli sənət mövzuları ilə müntəzəm olaraq davam edəcək.
Nurəddin