Tarixdəki olaylar

 

25 may 1865 – Amerikada vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başa çatıb. Dörd il sürən müharibə Şimal  ştatlarının qələbəsi ilə yekunlaşıb. Cənub ştatları Şimalın diktəsini (o cümlədən quldarlığın ləğvi) qəbul etməli oldular. Müharibədə 360 min insan həlak olmuşdu.

 

25 may 1920 – Gəncədə Azərbaycanın sovetləşməsinə qarşı üsyan başlayıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Üsyan mayın 31-də qəddarlıqla yatırıldı.

 

25 may 1936 – Bakı Soveti yanında Simfonik konsertlər idarəsinin bazasında Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdi və 1936-cı ildə Filarmoniyada birləşdirildi. 1937-ci ildə bəstəkar Müslüm Maqomayevin vəfatından sonra Azərbaycan Dövlət Filarmoniyasına onun adı verildi.

 

25 may 1946 – İordaniya dövlət müstəqilliyini (İordaniya Haşimi Krallığı) əldə edib. 1918-ci ilədək (4 əsr) Osmanlı imperiyasının tərkibində olan İordaniya Birinci Dünya müharibəsinin yekunu olaraq Britaniyanın nəzarətinə keçmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

25 may 1803 – Amerika şairi, filosof Ralf Voldo Emerson (1803–1882) anadan olub.

 

25 may 1905 – Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905–1972) anadan olub.

 

25 may 1955 – Xalq artisti Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz; 1955 – 21.2.2023) Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Sumqayıt teatrında çalışıb, 1981-ci ildən Milli Dram Teatrının aktyoru olub. Filmlərdə (“Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü” və s.) çəkilib.

 

25 may 1991 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (22.4.1911 – 1991) vəfat edib. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

 Hazırladı: Vüqar Orxan