Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Əlamətdar gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis edilib.
Azərbaycan Milli Kitabxanasında muzey işçilərinin peşə bayramı münasibətilə “18 may – Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Ənənəvi sərgidə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında, muzey işi mövzusu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş etdirilir.