M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko axşamı" keçirilib.

Tədbirdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov çıxış edərək XVII–XVIII əsrlər Avropa musiqisində təşəkkül tapan barokko üslubu haqqında söz açıb, musiqisevərlərə konsert proqramı haqqında məlumat verib.

Sonra Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xor Kapellasının və fortepianoda Xurşid Abdullayevanın müşayiəti ilə solistlər – Əməkdar artist İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor) və Nuray İsmayılovanın (soprano) ifasında konsert proqramı təqdim olunub.