Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 5 nömrəli Uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirib.

Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə şəhəri uşaq musiqi və incəsənət məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

İlk olaraq paytaxt məktəbinin rəssamlıq şöbəsinin sərgisinə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, mədəniyyətə göstərdiyi qayğıdan söz açılıb.

Sonra Bakı şəhəri 5 nömrəli Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları, eləcə də əcnəbi bəstəkarların əsərlərindən nümunələr səsləndirilib.