Mayın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu, respublika və beynəlxalq miqyaslı müsabiqələr laureatı Aydan Nuriyevanın “Musiqi dünyasına səyahət” adlı solo konserti keçirilib.

Filarmoniyadan verilən məlumata görə, proqramda F.Chopin – 1 nömrəli "Böyük parlaq vals" (op.34), L.V.Bethoven – 8 nömrəli "Patetik sonata" c-moll (op.13), P.Çaykovski – “Düşüncələr”, R.Şuman – “Fantastik pyeslər” silsiləsindən “Axşam” (op.12) və “Cəhd” (op.12), S.Prokofyev – 2 nömrəli sonata d-moll (op.14) səslənib.

Konsertmeyster İrina Mehdiyevanın müşayiəti ilə solist – respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (violin) da musiqiçi həmkarının solo konsertinə rəng qatıb.